Çərşənbə, 01 May

"Azot" ruslar üçün ikinci "Azovstal" olacaq" - Britaniya kəşfiyyatı

image

Severodonetsk sənaye zonasında yerləşən “Azot” kimya zavodunun bunkerlərində olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiyanın şəhərə hücum edən qüvvələrini cəbhə xəttinin digər hissələrinə yönləndirməsinin qarşısını alacaqlar.

Xəbər verilir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı məlumat yayıb.

Nazirliyin bəyanatında deyilir ki, bir aydan çox davam edən şiddətli döyüşlərdən sonra Rusiya qoşunları Severodonetskin əksər hissəsinə nəzarət edir.

"Ukrayna Silahlı Qüvvələrinin bölmələri bir neçə yüz mülki şəxslə birlikdə "Azot"un yeraltı bunkerlərində gizlənir. Çox güman ki, Rusiya qüvvələri kimya zavodunun yaxınlığında yerləşdiriləcək", - Britaniya kəşfiyyatı qeyd edib.

Analoji vəziyyət Mariupolun və "Azovstal" zavodunun müdafiəsində də yaranmışdı. Ukrayna qoşunları uzun müddət cəbhənin bu sektorunda işğalçıların böyük qüvvələrinin qarşısını ala bilmişdilər, onları başqa yerə, digər mövqeləri gücləndirmək üçün köçmələrinə imkan vermirdilər.

Qeyd edək ki, ruslar iyunun 13-də artilleriya dəstəyi ilə Severodonetskə hücum əməliyyatları keçirərək Ukrayna ordusunu şəhər mərkəzindən sıxışdırıb çıxarıblar.

Luqansk Hərbi Adminstrasiyasının rəhbəri Sergey Qaydayın sözlərinə görə, rus hərbçilər Severodonetskin 70%-dən çoxuna nəzarət edir, şəhərin az qala hər santimetri uğrunda şiddətli döyüşlər gedir. Bu səbəbdən də aktiv top atəşinə tutulan şəhərdən kütləvi evakuasiya və humanitar yüklərin çatdırılması mümkün deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42